4 Avqust 2014 16:48
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna anti-terror qüvvələri Donetsk vilayətinin Yasinovataya şəhərini separatçılardan azad ediblər.


Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzindən məlumat verilib.

“Şəhərin azad edilməsi Donetski şimaldan tutmaq və terrorçulara silah və texnika daşınan əsas kanallardan birini bağlamağa imkan verib. Hazırda şəhərdə terrorçu qruplaşmaların qalıqlarının təmizlənməsi əməliyyatı aparılır”, - deyə bildirilib.

Məlumatda həmçinin, qeyd olunub ki, Dmitrovka – Dyakovo yaşayış məntəqələrini birləşdirən yollar hərbçilər bərpa olunub.

axar.az


Müəllif: