5 Avqust 2014 10:24
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın avqustun 22-də Nabranda planlaşdırılan konserti təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə konsertin təşkilatçısı prodüser Tarix Əliyev özünün İnstagram səhifəsində yazıb. Prodüser qeyd edib ki, cəbhə xəttində atışma zamanı şəhid olan hərbçilərimizin ruhuna hörmət əlaməti olaraq konsert ertələnib: “Aygün Kazımovanın Nabranda, 22 avqust tarixində təyin etdiyi konserti təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olub. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqraba toya gedir?! Heç kim! Ona görə də bəzi şeyləri istisna etməklə ( işimlə əlaqədar) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəyəm”.


Müəllif:

Oxşar xəbərlər