Suriyalı müxaliflər Afrin əməliyyatı ilə bağlı Türkiyəyə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Suriya Müxalifləri və Qiyamçı Qüvvələr Beynəlxalq Koalisiyasının sədr müavini Əbdülrəhman Mustafa danışıb.
O bildirib ki, Afrindəki PYD/PKK terrorçuları ilə mübarizədə Türkiyə ilə birlikdə əməliyyatlarda iştirak etmək niyyətindədirlər.
Mustafa əlavə edib ki, Afrin əməliyyatı ən qısa müddətdə başlamalıdır: “Türkiyəni dəstəkləyir və ona kömək etməyə hazırıq. Fərat Qalxanı Hərəkatında olduğu kimi bu döyüşlərdə də iştirak etmək istəyirik”.