18 Yanvar 2018 17:33
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Xarici İşlər Nazirliyi yazılı açıqlama ilə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi ölkədə Amerika əsgərlərinin olması faktını qanunsuz adlandırıb və bu faktı Suriyanın ərazi bütövlüyünə qarşı hücum kimi qiymətləndirib.

Məlumat üçün bildirək ki, dünən ABŞ Dövlət Katibi Reks Tillerson Prezident Donald Trampın yeni Suriya strategiyasını açıqlayan zaman bəyan edib ki, ABŞ əsgərlərini Suriyadan çıxarmaq haqda düşünmürlər. O, əlavə edib ki, zamanında ABŞ hərbçiləri səhv qərar nəticəsində İraqdan çıxarılıb və bunun nəticələri ağır olub. Dövlət katibi bu tarixi səhvi bir daha təkirar etməyəcəklərini bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər