5 Avqust 2014 12:43
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qonaqlı şəhərində rusiyalı turistlərlə yerli əhali arasında insident baş verib.


Rusiya mətbuatına istinadən xəbər verilir ki, turist bazasına gələn ruslar otelin nömrələrinə gec yerləşdiriliblər. Onlar haqlı olaraq otel rəhbərliyinə irad bildirəndə turist bazasının mühafizəçilərindən biri zorakılığa əl atıb. O, ruslardan birinə zərbə vurub.

Avropalı turistlərdən fərqli olaraq, dalaşqanlığı ilə seçilən ruslar qruplaşaraq otelə hücum çəkiblər. Mühafizəçilərlə kütləvi dava düşüb. Tərəflər biri-birlərinə stul və kreslo atıblar.

Otelin giriş vestibülü dağıdılıb, şüşələr sındırılıb.

Hadisə yerinə gələn polis heç kimi saxlamayıb və tərəfləri barışmağa sövq edib. Amma otel rəhbərliyi dəyən maddi ziyanı rus turistlərinə ödətməyə çalışır.

Ruslar isə bildiriblər ki, onlardan 4 nəfəri başından yaralanıb və buna görə heç bir kompensasiya verilmir.

Hələlik turistlər nömrələrə yerləşdiriliblər. Amma turistlər çimərliyə gedə bilmirlər. Çünki mühafizəçilər qisas alacaqlarını deyiblər.

publika.az


Müəllif:

Oxşar xəbərlər