Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Afrində şəhid olan baş çavuş Musa Özalkanın dəfn mərasiminə qatılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan mərasim zamanı göz yaşlarını saxlaya bilməyib.
Türkiyə prezidenti cənazə namazının ardından çıxış edərək, şəhidə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyib.