Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis qəsəbəsinə atılan raketlərin buraxıldığı nöqtələr müəyyən edilərək dəqiq raket zərbələrilə sıradan çıxarılıb.
Teleqraf.com xəbər verir ki, hazırda Türkiyə Silahlı Qüvvələri Afrində hərbi əməliyyatları davam etdirirlər.
Qeyd edək ki, Afrindən atılan raket Kilisin mərkəzində yerləşən məscidə düşüb. Nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.