25 Yanvar 2018 00:27
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlığın gedişatını müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsi məlumat yayıb.

Telefon söhbəti zamanı bu tədbirin uğurlu keçirilməsinin təmin edilməsi üçün əlavə birgə addımların atılması şərtləşdirilib.

Bildirilir ki, telefon danışığı Ankaranın təşəbüsü ilə baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər