Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatlarda TSK-nın Azad Suriya Ordusu ilə birlikdə Minniy aeroportuna doğru hücuma keçdiyi bildirilir.
Hücum tanklar vasitəsilə qurudan həyata keçirilir.
Bu arada ASO döyüşçüləri PKK silahlılarının qərargahını ələ keçirib.