26 Yanvar 2018 01:14
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri tərəfindən Afrində küncə sıxışdırılan PKK/PYD terror təşkilatı Suriya prezidenti Bəşər Əsəddən kömək istəyib.

Teleqraf.com xəbər verir ki, PYD-nin ofisindən Əsədə ünvanlanan "imdat" başlıqlı müraciətdə terrorçular Afrinin Suriyanın bir parçası olduğunu bildirirlər.

"Altı ildir bölgəni qoruduğumuz kimi, bundan sonra da Suriya qurumlarına bu yöndə köməklik edəcəyik. Türkiyənin həyata keçirdiyi əməliyyat Suriyanın ərazi bütövlüyünü və Afrində yaşayan mülki şəxslərin həyatını təhlükədə qoyur. Türkiyə Afrini işğal edərək Suriyadan daha çox torpaq almaq istəyir. Hər cür xarici müdaxiləyə qarşı bölgəni qorumağa davam edəcəyik. Suriya hökumətinə Afrində təhlükəsizliyin təmin edilməsi və bölgənin sərhədlərinin qorunması üçün müvafiq tədbirlər görməklə bağlı çağırış edirik".


Müəllif: Ayxan

Oxşar xəbərlər