Suriyanın Afrin bölgəsindən Türkiyənin Reyhanlı qəsəbəsi raket atəşinə tutulub.
Teleqraf.com xəbər verir ki, ard-arda atılan iki raket polis bölməsinin yaxınlığına düşüb. İtki yoxdur.
Raketlərin buraxıldığı nöqtələr müəyyən edilib və hədəflər cavab atəşilə sıradan çıxarılıb.