ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster bu gün Türkiyə prezidentinin sözçüsü İbrahim Qalına zəng edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı Afrin əməliyyatları və Tramp–Ərdoğan görüşündən sonra Ağ Evin yaydığı bəyanat müzakirə ediləcək.
Bununla bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Qeyd edək ki, yanvarın 24-də Trampla Ərdoğan arasında baş tutan telefon danışığından sonra Ağ Evin yaydığı bəyanat Ankaranın sərt reaksiyasına səbəb olmuşdu.