26 Yanvar 2018 23:42
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya qarşı sanksiyaları genişləndirməkdə məqsədimiz Minsk sazişinin tam icrasına nail olmaqdır".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu gün Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qəbul edilən qərar haqda danışarkən bildirib.

"ABŞ hökuməti Ukraynanın suverenliyi və Minsk sazişinin şərtlərində sadiqdir. Rusiya da şərlərə sadiq olmalıdır. Sanksiyalar Minsk sazişinin tərkib hissəsidir", deyə Stiven Mnuçin bildirib.

Qeyd edək ki, yanvarın 26-da ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi tərəfindən hazırlanan sanksiya siyahısına 21 Rusiya və Ukrayna vətəndaşı, həmçinin 21 şirkət əlavə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər