27 Yanvar 2018 14:29
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya kəşfiyyatı ABŞ-dakı Demokrat Partiyasının kompüter sistemlərinə daxil olaraq minlərlə elektron ünvanı transfer edən rus haker qrupunu yaxalayıb.

Teleqraf.com xəbər verir ki, bu sensasion iddia ilə Hollandiyanın “Folkskrant” qəzeti və Hollandiya televiziyası çıxış edib.

Xəbərə görə, Holland kəşfiyyat xidməti (AİVD) 2014-cü ildən “Sakit ayı” adı ilə tanınan rus haker qrupunun izinə düşüb.

Kəşfiyyat təsadüfən Moskvadakı kompüter sisteminə daxil ola bilib. Bu zaman isə ABŞ-ın Demokrat Partiyasının kompüter sisteminə rus kəşfiyyatının müdaxilə etdiyinə dair texniki qənaət əldə edib.

Hollandiya mediası qeyd edir ki, AİVD 2015-ci ildə ABŞ-dakı müttəfiqlərinə bu haqda məlumat çatdırıb. Ancaq amerikalılar rusların seçkilərə müdaxilə edəcəyini anlaması üçün aylar lazım gəlib.

Qeyd edək ki, ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Hillari Klinton Respublikaçıların namizədi Donald Trampa uduzub. ABŞ-da Trampın qələbəsinə rusların kömək etdiyi iddiası məhz bundan sonra ortaya çıxıb.

Tramp rusların dəstəyini inkar etsə də, xüsusi prokuror Robert Müller hazırda bu iddianı araşdırır. Hollandiya kəşfiyyatının əldə etdiyi kəşfiyyat məlumatlarının da Müllerin qrupuna təqdim etdiyi bildirilir.

Kremlin sözçüsü Dmitri Peskov dünən Hollandiya mediasında gedən xəbərləri təkzib edərək bildirib ki, Hollandiya kəşfiyyatının belə bir iddiasından Moskvanın xəbəri yoxdur.


Müəllif: Cavad

Oxşar xəbərlər