Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Azez şəhərinə daxil olmasını özündə əks etdirən foto və video görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, "Röyters"-də dərc edilən görüntülərdə Azad Suriya Ordusunun (ASO) müşayiətilə türklərin Azezə daxil olduğu öz əksini tapıb.
Afrindən 15 kilometr uzaqlıqda yerləşən Azezin ASO-nun tam nəzarətində olduğu bildirilir. Azezdə yaşayan kürdlər də ASO-nun tərkibində PYD-yə qarşı döyüşürlər.