Suriyanın Afrin bölgəsində Bursəya Dağının cənubundakı Kastel Cündo kəndi PYD/PKK terror təşkilatından azad edilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad suriya Ordusu (ASO) "Zeytun Budağı" əməliyyatı çərçivəsində Kastel Cündo kəndini azad ediblər.
Əməliyyata Türkiyə qırıcıları havadan dəstək veriblər. Əməliyyatım 9-cu günündə Afrində 14 kənd, 4 strateji yüksəklik, 19 məntəqə terrorçulardan azad edilib.