Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı ilə bağlı “TRT Haber” kanalının efirində kobud səhvə yol verilib.
Teleqraf.com xəbər verir ki, proqramın aparıcısı videosüjet yayımlanarkən Türkiyə Silahlı Qüvvələrinin mülki insanlara göstərilən nöqtədən hücum etdiyini, onların üzərinə burdan bomba yağdırdığını vurğulayıb.
“TRT Haber” kanalının bu səhvə görə üzr istədiyi vurğulanıb. Həmçinin, proqramın aparıcısı Tuğba Dalqılıc da üzr istəyib. O, PKK demək yerinə səhvən TSK dediyini vurğulayıb.
Sözügedən videonu təqdim edirik.