Türkiyə Silahlı Qüvvələri Afrin xalqına müraciət etmək üçün xüsusi üsuldan istifadə edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar üzərində 3 dildə müraciət yazılmış kağızları təyyarələrlə Afrin bölgəsinə atıblar.
Müraciət “Afrindəki qardaşlarımıza” xitabı ilə başlayıb:
“Qonşusuna silah qaldıran, məscidlərimizi dağıdan xain PKK/PYD/YPG və İŞİD-çi terrorçuların zülmünü sona çatdırmaq vaxtıdır. Terrorçuların övladlarınızdan istifadə etməsinə, sizi əzməsinə imkan verməyin. Terrorçulara “dur” deməyin vaxtıdır. Onlara qarşı birləşməliyik. Terrorçulardan uzaqlaşın. Afrin afrinlilərindir. Allahın izni ilə Afrində sülhü bərpa edəcəyik”.