ABŞ Həmas lideri İsmayıl Haniyenin adını terrorçular siyahısına salıb.
Teleqraf.com xəbər verir ki, 1963-cü ildə Qəzzada qaçqın düşərgəsində anadan olan İsmayıl Haniye Həmasın mötədil qanadının liderlərindən hesab olunur. 1992-ci ildə İsraildə həbs olunub. Həmas liderilə birlikdə Livana sürgün edilib. O, bu ilin fevral ayına qədər Həmasın Qəzzadakı siyasi lideri olub. Fevralda keçirilən seçkilərdə Yəhya Sinvar qalib gəlib.
Qəzza 2007-ci ildən Həmasın nəzarəti altındadır.