Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 13-cü günündə 78 terrorçu zərərsizləşdirilib.
Bununla da, ümumilikdə, əməliyyatlar zamanı öldürülən terrorçuların sayı 790-a çatıb.
Bundan başqa, dünən gün ərzində terrorçulara məxsus 18 hədəf məhv edilib.