"Afrində keçirilən əməliyyatlar nəticəsində 800 terrorçu məhv edilib. Cəhənnəmə vasil oldular. İnşallah axşama qədər sayları artar".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün tələbələrlə görüşündə bildirib. O qeyd edib ki, Afrin əməliyyatları zamanı Türkiyə ümumilikdə 29 şəhid verib: "30-a yaxın yaralımız var. Allah hamısına rəhmət eləsin".
TÜGVA xeyriyyə cəmiyyətinin toplantısında çıxış edən Ərdoğan qeyd edib ki, şəhidlərin qisası tam alınacaq.
Ərdoğan bildirib ki, gənclər təkcə elm öyrənməklə kifayətlənməməli, milli ruha da sahib olmalıdırlar: "Türkiyədə 30 milyon gənc var. Mən sizi övladlarım kimi görürəm. Qaldığınız yeri sadəcə otel kimi qəbul etməyin.
Yurdlar sizin təhsil məkanınızdır. Gəncliyin inkişaf istiqaməti millətin inkişaf istiqaməti deməkdir".