Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” adlı əməliyyatın 13-cü günü ilə bağlı hesabatı açıqlayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün terrorçuların sığınacaq, silah anbarı və digər məqsədlərlə istifadə etdiyi 14 hədəf məhv edilib.
13 gün ərzində zərərsizləşdirilən PKK/KCK/PYD-YPG və İŞİD terrorçuların sayı isə 811-ə çatıb.