2 Fevral 2018 12:21
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Qılınc PBS telekanalında yayımlanan və Cudi Vudrafın aparıcısı olduğu “Xəbər saatı” proqramının qonağı olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qılınc çıxışı zamanı bir çox məsələlərə aydınlıq gətirib.

Səfir Türkiyənin Suriya ilə sərhədində terror dövlətinin qurulması və ölkəsinin təhlükəsizliyinə təhdid yaranmasına imkan verməyəcəklərini bildirib.

Qılınc ABŞ-ın İŞİD terror təşkilatına qarşı YPG silahlılarından istifadə etməsi məsələsinə də diqqət çəkib:

“İŞİD-ə qarşı mübarizədə terrorçulardan istifadə etmək çox səhvdir. Türkiyə NATO-nun ən güclü ikinci ordusuna sahibdir. ABŞ Suriyada YPG terrorçularına dəstək verməkdənsə, Türkiyə ilə birgə hərəkət edə bilərdi”.

Səfir aparıcının Amerika və türk ordusunun Menbiçdə qarşı-qarşıya gələ biləcəyi ilə bağlı sualına belə cavab verib:
“ABŞ bizim uzun müddətdir ki müttəfiqimizdir. Fikrimcə, işlər o həddə çatmayacaq. ABŞ PKK terrorçularına yardımı dayandırmalıdır. PKK Afrində Türkiyə ordusuna qarşı ABŞ-ın verdiyi silahlardan istifadə edir”.


Müəllif: Samir

Oxşar xəbərlər