Bu gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, liderlər “Zeytun budağı” əməliyyatı və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresi barədə müzakirə aparıblar.
Ərdoğan fransız həmkarına bildirib ki, Türkiyənin hansısa dövlətin torpağında gözü yoxdur və “Zeytun budağı” əməliyyatı Afrin bölgəsini PYD, YPG və İŞİD terrorçularından təmizləmək məqsədilə həyata keçirilir.