Azərbaycanda hazırlıq kurslarının və repetitorluğun açıq təbliğinə son qoyulması təklifi yenidən gündəmə gəlib. Qeyd olunur ki, hazırlıq kursları və repetitorluq orta məktəb sistemini zəiflədir, müəllimlərin şagirdlər qarşısında məsuliyyətini azaldır.
Təklifə münasibət bildirən təhsil üzrə ekspert Vurğun Əyyub hazırlıq kurslarının və repetitorluğun qadağan olunmasının vəziyyəti düzəltməyəcəyi qənaətindədir.
V.Əyyub hesab edir ki, hökumət repititorluqla bağlı konkret qərar verməlidir: "Repititorluq fəaliyyəti ilə məşğul olanlar orta məktəblərdə müəllim işləyə bilməz və ya əksinə. Orta məktəbdə müəllim işləyən repititor uşaqları ya zorla hazırlığa çağırır, ya da dərs keçmir ki, şagird hazırlığa gəlsin. Vicdanlı repititorların isə məktəbdə dərs keçməyə nə enerjisi, nə də həvəsi olur. Repitirorluğa qarşı hər hansı düşmənçiliyim yoxdur. Repititorlar arasında xeyli dostluq etdiyim şəxslər var. Amma bu təkliflə çıxış etmək məcburiyyətindəyəm".