5 Fevral 2018 20:41
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də Suriyanın Afrin bölgəsində minaatanlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Bunla da "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 16-a çatıb.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər