PKK terror təşkilatı Suriyanın Afrin bölgəsinə dəstək göndərməyə davam edir.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu dəfə PKK Haseke və Aynularab bölgələrindən Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” hərəkatı keçirdiyi Afrinə 500 terrorçu göndərib.
Terrorçular dinc sakinlərin arasından bölgəyə keçib.
Məlumatlara görə, son günlər içərisində 2 min nəfər olan avtomobil karvanı Afrinə daxil olub.