7 Fevral 2018 14:31
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni “texnoloji üsul”a əl atıblar.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, həmsədrlər əvvəlki illərdə bölgəyə birgə səfər edirdilər:

“Əlbəttə, tək-tək gəldikləri vaxtlar da olub. Ancaq indi “üsul” bir az dəyişib. Bir neçə gün əvvəl Bakıya amerikalı həmsədr Endrü Şofer gəlib və qeyri-rəsmi görüşlər keçirib, məcburi köçkünlərin yaşadığı ərazidə olub. Fevralın 6-da isə fransalı həmsədr Stefan Viskonti gəlib. O, bu gündən amerikalı və rusiyalı həmkarı ilə birgə rəsmi görüşlərə başlayıb. Rusiyalı həmsədr İqor Popov bir qədər geciksə də, gecə özünü Bakıya yetirə bilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də onlardan geri qalmayıb”.

E.Şahinoğlu ”həmsədrlər tək-tək gəlsələr nə olacaq, birgə görüşlər keçirsələr nə dəyişəcək” deyə sual edib:

“Gərək həmsədrlərin başlarının üstündəkilər əməli fəaliyyətə keçib Ermənistan hakimiyyətinə “mərhələli həll” planı qəbul etdirsinlər, yoxsa diplomatların əllərindən nə gəlir ki?!”


Müəllif: Səxavət

Oxşar xəbərlər