7 Fevral 2018 18:58
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani yerli və xarici media üçün keçirdiyi mətbuat konfransında hər şeydən danışıb.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin yaydığı açıqlamada öz əksini tapıb.

Qeyd olunur ki, H.Ruhani Amerikanın “bostanına daş atıb”, Türkiyənin Afrin əməliyyatını tənqid edib, sonda İsrailə gəlib çıxıb və belə deyib: “Bölgədə kimsə düşünürsə ki, İsrail İranın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir”. Həsən Ruhani bu dəfə bizim “bostanımıza daş atıb”.

Açıqlamada daha sonra deyilir:

“Həsən Ruhaninin sözlərindən belə çıxır ki, İranın dostluq etdiyi bölgə ölkələrindən Rusiya və Ermənistan xristian dövlətləri olduğundan onların İsraillə əməkdaşlıqlarına göz yuma bilərlər, bölgənin müsəlman ölkəsi Azərbaycana isə İsraillə dostluq qadağandır. Həsən Ruhaninin sözlərini biz də belə dəyişə bilərik; bölgədə kimsə düşünürsə ki, Ermənistan Azərbaycanın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. Ermənistan bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz daşnaklardır. Çünki müsəlmanları qətl edib və məscidləri dağıdıb. Bu da bizdən Tehrana mesaj olsun”.


Müəllif: Səxavət

Oxşar xəbərlər