İranda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident Həsən Ruhani ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, dəfələrlə Türkiyəni Afrindəki əməliyyatları dayandırmağa çağıran Həsən Ruhani Cavuşoğlu ilə görüşdə daha mülayim mövqe nümayiş etdirib və Suriya məsələsində əməkdaşlıq təklif edib.
"Türkiyə ilə əməkdaşlığa hazırıq. Suriyada sabitlik olsa, region dövlətləri də təhlükə ilə üz-üzə qalmaz. Bu mənada İran, Türkiyə və Rusiya arasındakı əməkdaşlıq böyük əhəmiyyət kəsb edir", - Ruhani qeyd edib.
Çavuşoğlu isə vurğulayıb ki, Türkiyənin Suriya ərazisində gözü yoxdur:
"Afrindəki əməliyyatımız sadəcə terrorçulara qarşı yönəlib".