10 Fevral 2018 01:55
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus konvoy Astana razılaşması çərçivəsində İdlibdəki gərginliyi azaltma bölgəsində yaradılacaq atəşkəs müşahidə nöqtəsi üçün bölgəyə çatıb.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, konvoy İdlib gərginliyi azaltma bölgəsinin cənub-şərqində Tel Tukan qəsəbəsində yerləşib. Yerləşmə mövqeyindən təxminən 6 kilometr məsafədə Bəşər Əsəd ordusu və İran dəstəkli qrupların olduğu bildirilir.

Yeni müşahidə nöqtəsi Türkiyə-Suriya sərhədindən təxminən 50 kilometr dərinlikdə yerləşir. Hərbi mənbələrdən əldə edilən məlumata görə, Astana anlaşması çərçivəsində 6 atəşkəs müşahidə nöqtəsi müəyyənləşdirilməlidir.

Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İran arasında əldə olunan razılaşmaya əsasən TSQ ötən ilin oktyabrın 12-dən İdlib gərginliyi azaltma bölgəsində atəşkəs rejiminin təmin olunması üçün müşahidə nöqtəsi yaratmağa başlayıb. Anlaşmaya görə, ümumilikdə İdlibin şimalından cənubuna doğru 12 bölgədə müşahidə nöqtəsinin yaradılması nəzərdə tutulub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər