10 Fevral 2018 11:57
3 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri yenidən hava əməliyyatına start verib. Dünən gecə saatlarında türk qırıcıları Menbic üzərindən keçməklə YPG hədəflərini vurub.

Teleqraf.com xəbər verir ki, F-16 qırıcıları Afrinin mərkəzindəki Əşrəfiyyə, Mahmudiyyə və Durindəki hədəfləri yerlə yeksan edib.

Afrinin mərkəzində vurulan hədəflərdən birinin terrorçulara məxsus baş qərargah, digərinin isə “Müdafiə nazirliyi” olduğu deyilir.

Hava zərbələri zamanı 19 hədəfin zərərsizləşdirildiyi qeyd edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər