Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində "Zeytun budağı" hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 22-ci günündə türk ordusu müxtəlif istiqamətlərdən PKK terrorçularına hücum edib.
TSQ-dan verilən məlumatlara görə, ümumilikdə, əməliyyatlar başlandığı gündən bu yana məhv edilən terrorçuların sayı 1266-ya çatıb.
Qeyd edək ki, dünən gedən döyüşlərdə 11 türk əsgəri şəhid olub.