12 Fevral 2018 13:26
3 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, jurnalistlərin ABŞ Dövlət katibi Reks Tillersonun bu həftə Türkiyəyə səfəri və Afrindəki YPG terrorçuları ilə bağlı suallarını sərt şəkildə cavablandırıb:

“Xüsusən Suriyanın İraqla sərhəd ərazilərində İŞİD terrorçuları var. YPG ilə əməkdaşlığı davam etdirmək üçün bu bölgədəki İŞİD-çilərə toxunmurlar. Afrindəki YPG-çilər həbs edilən İŞİD terrorçularını azadlığa buraxıb. Onlar da öz növbəsində Türkiyəyə qarşı döyüşlərə başlayıb.

Həm qurudan, həm də havadan təmizləyirik. Əgər ABŞ lazım olanı etməsə, Menbiç və Fərat çayının şərq sahilləri üçün də eynisi qaçılmazdır. Suriya torpaqları bu terrorçulardan təmizlənəcək. Afrini də Suriya xalqına verəcəyik.

Gözləntilərimizi ABŞ-a açıq şəkildə bildirmişik. Lazımı addımlar atılmalıdır. Müəyyən məsələləri müzakirə etməyimiz üçün iki tərəf arasında inam bərpa edilməlidir. Türkiyə heç bir dostuna qarşı səhv hərəkət etməz. Amma ABŞ-dan çox ciddi səhvlər gördük. Bizə verilən vədi tutmadılar. Tillersondan bunu istəyəcəyik. Əlaqələrimiz çox gərgin nöqtədədir. Ya əlaqələri düzəldəcəyik, ya da bu əlaqələri tamamilə pozacağıq”.


Müəllif: Samir

Oxşar xəbərlər