12 Fevral 2018 14:58
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin “suyu üfürə-üfürə içən” ölkədir, heç kimlə mübahisə etmədən həm ordusunu, həm də iqtisadiyyatını gücləndirir.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Çin Rusiya ilə də əməkdaşlıq edir, ABŞ-la da münasibətlərini pozmamağa, regional konfliktlərdən uzaq dayanmağa çalışır:

“Buna baxmayaraq, Çin dünyanın ən gərgin nöqtəsində – Suriyada rol almağa qərar verib. Çinin Suriyadakı səfiri deyib ki, ölkəsi Suriya sülh prosesində rol almaq qərarına gəlib və bu ölkənin yenidən qurulmasında iştirak edəcək. Əlbəttə, burada söhbət yenə də iqtisadiyyatdan, qurub-yaratmaqdan gedir. Ancaq Suriyada qurub-yaratmağa hələ çox var, daxildə çox məsələ həll olunmalıdır. Görünür, Çin indidən bütün tərəflərə mesaj yollayır ki, Türkiyə, İran, Rusiya, ABŞ və bəzi ərəb ölkələri qədər fəal olmasa belə, o da bu bölgəyə maraq göstərir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər