12 Fevral 2018 15:04
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların bəzilərinin İran PKK-sı olan PJAK üzvü olduğu haqda məlumat yayıb.

Ağar Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların içindəki PJAK üzvlərinin fotolarını yayıb.

“Afrində məhv edilən terrorçular arasında PJAK-ın silahlı qanadı YRK üzvləri də var. Onlar “Ya Zəhra!”, “Lebbeyk ya Hüseyn!” nidaları ilə döyüşürlər. Buradan sübut olunur ki, İran və Suriyanın ərazi bütövlüyünü hədəfə alan terrorçular birləşərək, bizə silah çəkirlər. İranın, Suriyanın, Türkiyənin və İraqın ərazi bütövlüyünü hədəf alan terrorçular birləşdiyi halda dörd ölkənin məzhəb tələsinə düşməsi nə dərəcədə doğrudur?! Vəziyyət belə olduğu halda, Hizbullah PKK-ya döyüşçü göndərir”, - deyə ekspert bölgədə qurulan böyük tələyə diqqət çəkib./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər