6 Avqust 2014 14:42
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 7-də Latviyanın müdafiə naziri Raymonds Veyonis Azərbaycana rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər avqustun 11-dək davam edəcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər