Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatının 25-ci günündə daha 70 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.
Bununla da, əməliyyat başladığı gündən bu yana məhv edilən terrorçuların sayı 1439-a çatıb.
Bundan başqa, türk ordusu Məhəmmədiyə kəndini və Amara yüksəkliyini terrorçulardan təmizləyib.