Azərbaycan Cümhuriyyətinin elan edilməsinin yüzüncü ildönümü olan 2018-ci ili Tiflisdə qarşıladım. Fürsətdən istifadə edib istiqlaliyyətin elan edildiyi binanı və Cümhuriyyət liderlərindən Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin dəfn edildiyi Azərbaycan məzarlığını ziyarət etdim.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin sarayında Həsən bəy Ağayevin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası keçirilib, müstəqillik səsverməyə çıxarılıb.
Səsvermə nəticəsində Azərbaycan Cümhuriyyəti elan edilib, 6 bəndlik Əqdnamə imzalanıb:
1 - Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqasyadan ibarət olan Azərbaycan dəxi kamiləlhüquq müstəqil bir dövlətdir.
2 - Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xəlq cümhuriyyəti olaraq təqərrür ediyor.
3 - Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və dövlətlərlə münasibati-həsənə təsisinə əzm edər.
4 - Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər.
5 - Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları içün geniş meydan burakır.
6 - Məclisi-Müəssisan toplanıncaya qədər bütün Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur”.
Bəs, Cümhuriyyət saat neçədə elan edilib?
Bu suala isə aşağıdakı videonu izləyərək cavab tapacaqsınız.