6 Avqust 2014 16:09
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmənlə təmas xəttində baş verən son hadisələr və ermənilərin böyük itkilər verməsi Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbərliyini məyus edib

Məlumata görə, artıq separatçı rejimin “Müdafiə Nazirliyi” Azərbaycanın Milli Ordusu ilə təmas xəttində döyüşmək üçün hərbçi tapa bilmir.

Buna görə də qondarma respublika rəhbərliyi artıq səfərbərlik elan edib. Belə ki, artıq Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşan və yaşı 45-ə qədər olan şəxslər hərbi xidmətə çağırılır.

Qeyd edək ki, erməni televiziyalarından birində yayımlanan sujetdə də Qarabağ döyüşləri zamanı Azərbaycana qarşı vuruşmuş erməni veteranların və digər yaşlı insanların cəbhə xəttində xidmət göstərməsini əks etdirən video nümayiş olunub.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər