Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 27-ci günündə türk ordusu 43 terrorçunu məhv edib.
Bununla da əməliyyatlar başlandığı gündən bu yana öldürülən terrorçuların sayı 1528-ə çatıb.
Ümumilikdə, türk ordusu 54 məntəqəni terrorçulardan tamamilə təmizləyib.
Bu arada, Ankara tərəfi Suriya ilə sərhəddə təhlükəsizliyi gücləndirmək üçün Mardindən Şanlıurfaya 20 avtomobillik hərbi karvan göndərib.