15 Fevral 2018 12:21
3 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət adamlarının siyasi seçimi ətrafında müxalif çevrədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı. Sən demə, o vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdılar. Axı sovet genləri hələ yaşayır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib.

O qeyd edib ki, Arif Hacılının şair ruhu anti-hakimiyyət pamfletləri üzərində kökləndiyindən o prezident seçkilərindən yalnız inqilab marşları oxumağa aludədir:

“Müsavatın himnində onu Allaha bənzətmək elə də ədəbi qəbahət sayıla bilməz, çünki onu azad ruhlu adam qələmə alıb. Amma Səməd Vurğunun partiya sevgisini nə qədər desən süngüyə taxmaq olar. Nədən ki, böyük şairimiz ideologiyanın və dövrün tələbinə uyub. Gərək, gedib edam olunaydı”.

Deputat qeyd edib ki, sovet yazıçılarını Stalinin qələm ordusuna çevirəndən sonra Nikita Xruşşov dövründə heç kəsə lazım olmayan Aleksandr Fadeyevin özünüqəsdinə ağlayan adamlar çox qəribə bir məntiqlə hərəkət edirlər. Deməli, Əkrəm Əylislini gördüyü yuxulardan ayıltmaq üçün hakimiyyət rəsmilərinin və milyonlarla sadə vətəndaşın qəzəbi yazıçıya basqı sayıla bilər, amma “gənc demokratiya qvardiyaçıları”nı təşkilatlandırıb iqtidarın üstünə aparan Əli Kərimlinin Anarı, Afaqı, Amaliyanı, bir sözlə müxalif himnlər bəsləməyən bütün sənətkarları mühakimə etməyə haqqı varmış. Görün, belələrində səlahiyyət olsaydı, neçə-neçə başları qələm kötüyünün üstünə sərərdilər.

Demokratiya dövrünün NKVD-si və balaca beriyalar təzədən pöhrələyib meydana çıxmağa can atırlar. Heç olmasa, onda qələm müqəddəs idi...”

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yazıçıları prezident seçkisində Prezident İlham Əliyevə səs verməyə çağırması müxalifət düşərgəsində etirazla qarşılanıb. Onlar Anarın, yazçısı Çingiz Abdullayevin kitablarının yandırılmasına çağırış ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər