Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xəbər verir ki, əməliyyatların 27-ci günündə türk ordusu 4 kəndi azad edib.
Karri, Şerbanlı və Şeyda kəndləri səhər saatlarında, Duraklı kəndi isə günorta terrorçulardan təmizlənib.
Bununla da, əməliyyatlar başlandığı gündən bu yana azad edilən məntəqələrin sayı 58-ə çatıb.