Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu gün Afrinin Cinderes qəsəbəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçuları mövqelərini möhkəmləndirməyə çalışıblar.
Pilotsuz qurğuların çəkilişləri əsasında dəqiq raket zərbələrindən qaçmaq istəyən terrorçuların yerlərini sürətlə dəyişdikləri məlum olub.
“Zeytun budağı” əməliyyatınının 28-ci günündə Hatayla həmsərhəd olan kəndlərdən Cinderes qəsəbəsindəki terrorçuların mövqelərinə dəqiq zərbələr endirilib.
Endirilən zərbələr nəticəsində Cinderes qəsəbəsində havaya qalxan toz-duman uzaqdan aydın görünüb.