6 Avqust 2014 20:30
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Perz şəhərində qəribə hadisə baş verib

Metroda bir sərnişin qatara mindiyi zaman ayağı stansiya ilə qatar arasında qalıb. Hadisə zamanı ətrafa yığışanlar bəxtsiz sərnişinə kömək etməyə çalışıblar.

İlk öncə səlahiyyətlilər maşinistə qatarı hərəkət etdirməməsi üçün xəbərdar edib. Daha sonra bütün sərnişinlər metronu yana doğru itələməyə başlayıblar. Ayağı qatarla platforma arasında boşluqda qalan gənc insanların köməkliyi ilə xilas edilib.

Metro əməkdaşları qəzadan sonra gənc adamın ciddi bir zədə almadığını bildirib.

/anspress/


Müəllif: