Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan Sülh və Demorkatiya İnstitutunun direktoru Leyla Yunusun şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, prosesdə Leyla Yunusun şikayəti təmin edilməyib və onun barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən seçilmiş 3 ay müddətinə həbs qəti imkan tədbiri qüvvəsində saxlanılıb.
Qeyd edək ki, Leyla Yunus iyulun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci – maddələri ilə ittiham olunur.
Hacı Zeynalov