Qanunlar dəyişsin, edam hökmü bərpa edilsin!
Bu sözləri müğənni Gülşən, Hadisə və Fərhad Köçər deyib. Onlar son dövrlərdə uşaq təcavüzlərinin artmasına etirazlarını bildirib. Üç müğənni Ədliyyə Nazirliyinə müraciət edərək qanunların dəyişdirilməsini və edamın geri qaytarılmasını tələb edib.
Göz yaşlarını saxlaya bilməyən Hadisə mətbuat nümayəndələrinə verdiyi açıqlamada ölüm cəzasının geri gəlməsini istədiyini deyib:
"Cənab Prezidentimiz, Baş nazirimiz və Ədalət nazirimizdən xahiş edirəm ki, qanunlar dəyişsin. Kiçik uşaqlara təcavüz edən adamlar yaşamasın. Çox səmimi deyirəm, edam hökmü qayıtsın. Biz sənətkarlar bu məsələdə bir olmalıyıq. Biz bir araya gəlib Prezidentimiz və Ədliyyə nazirimizin yanına getsək, bəlkə nə isə dəyişər".
Gülşən isə cəmiyyətdə hiddət yaradan hadisələr haqqında sərt açıqlamalar verib:
"Nəfəs almaq çox çətinləşib. Bunlara son qoyulması üçün bir fərd olaraq, bir ana olaraq əlimdən nə gəlirsə, etməyə hazıram".
Uşaqlara təcavüz edən insanların edam edilməsini istəyən başqa məşhur Fərhad Köçər olub:
"Bu canilikdir. 27 illik həkimlik təcrübəm var, həyatım insanları yaşatmaq üzərində qurulub. Amma belə bir hadisə ilə qarşılaşsam, and içirəm, o adamı əllərimlə boğaram. Bu adamlar asılsın, günahı da mənə yazılsın"./Publika.az/