19 Fevral 2018 15:53
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin Afrinə girəcəyi xəbərinə Türkiyənin cavabı gecikməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb:

“Türkiyənin “Zeytun budağı” hərəkatının hədəfi bəllidir. Biz bölgədə terrorçuları məhv etmək istəyirik. Suriyanın ərazi bütövlüyü məsələsi ilə bağlı mövqeyimizi həmişə ifadə etmişik. Rejim qüvvələrinin bu bölgəyə girib-girməməsi deyil, hansı səbəbdən girməsi maraqlıdır. PKK-nı yox etmək üçün girirsə, problem yoxdur. YPG-ni qorumaq üçün girirsə, Türkiyəni heç kim saxlaya bilməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər