22 Fevral 2018 11:15
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:00

Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib.

H.Hacıyev deyib ki, bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil: “Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi”.

XİN sözçüsü xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi gücə əl atdı, etnik təmizləmə siyasəti aparmağa başladı: “Ermənistan ərazisində, eləcə də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində mülki azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədildi. Ümumilikdə bir milyondan artıq azərbaycanlı evindən didərgin düşdü. Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səpkili provokasiyalar həyata keçidli. Ermənistan xüsusi xidmət orqanları, erməni terror təşkilatları nəqliyyat vasitələrində müxtəlif terror aktları törətdilər və minlərlə azərbaycanlı həyatını itirdi. 1988-ci ilin fevralında Sumqayıt hadisələri bunun kulminasiya nöqtəsi idi. Sumqayıtda 15-dən artıq müxtəlif millətlərin nümayəndələri, o cümlədən ermənilər yaşayırdı. Bu hadisələrlə bağlı Ermənistan tərəfindən cinayət içi açıldı, lakin məntiqi sonluğa çatdırılmadı. Azərbaycan prezidenti tərəfindən Sumqayıt hadisələrinin təkrar araşdırılması üçün tapşırıq verilib. Baş Prokurorluq tərəfində istintaq tədbirləri aparılır. Bu və Dağlıq Qarabağdakı hadisələrə görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür. Biz bundan sonra da ermənilərin törətdiyi provokasiyaların, cinayət və soyqırım əməllərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni edəcəyik”.

H. Hacıyev bildirib ki, Xocalı və Qarabağda cinayətlərin törədilməsində iştirak edən insanların cinayət məsuliyyətinə cəlb olunması üçün beynəlxalq tribunlara ehtiyac var. Ermənistan tərəfindən Azərbaycanda qarşı törədilmiş müharibə cinayətlərinin araşdırılması üçün kifayət qədər məlumat var.

"30 il davam separatizm halları göstərir ki Ermənistan geosiyasi və geoiqtisadi təcrid vəziyyətinə düşüb. Strateji iflas vəziyyətindədir. Bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Mövcud "status-kvo" qəbuledilməzdir və bu statusun dəyişməsi üçün BMT sənədlərinə əsasən erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır", - deyə o qeyd edib./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər