24 Fevral 2018 00:12
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər bunlar Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmış, 20 yanvarda xalqımızı qanına qəltan etmiş, 26 fevral 1992 günündə bizə ermənilərlə birləşib Xocalı faciəsini yaşatmış bir ordunun yaranma gününü açıq və ya gizli şəkildə qeyd edirlərsə, deməli, Azərbaycana qarşı düşmən mövqedədirlər".

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət "İdeal" parfumeriya və kosmetika mağazalar şəbəkəsinin 23 fevral - işğalçı Qızıl Ordunun yaradılması günü münasibətilə endirim kampaniyası elan etməsinə münasibət bildirərkən qeyd edib.

Azər Həsrət "İdeal"ın elanını gördüyünü və buna təəssüfləndiyini bildirib: "Düzdür, elanda konkret ordu günü yazmayıblar. Amma məhz 23 fevral günündə bu elanı vermələri onların, əslində o günü şüur altına yeritmək cəhdi kimi qəbul oluna bilər. Bu tacirlərin gözünü pul elə tutub heç bir mənəvi hədd bilmirlər".

A.Həsrət hər kəsi belə qurumları boykot etməyə çağırıb:

"İdeal"dan məsələyə aydınlıq gətirib üzrxahlıq etməsini gözləyirəm".


Müəllif: Ruslan

Oxşar xəbərlər